25.4 C
Gence
18.5 C
Ganja

650-dən yuxarı bal toplayan məzunlarımızı tanıyaq

Gəncədə bir neçə məzunumuz yüksək nəticə əldə edib. Bu haqda 8 sentyabr tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Bir müddət öncə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb. 650-dən çox bal toplayan abituriyentlərin siyahısını aşağıda təqdim edirik:

  • Fəridə Verdiyeva – IV qrup üzrə 683 bal (Fizika, riyaziyyat və informatika təmayüllü lisey);
  • Bənövşə Abbasova – III qrup üzrə 670 bal (39 nömrəli tam orta məktəb);
  • Kamran Zeynalov – III qrup üzrə 667 bal (39 nömrəli tam orta məktəb);
  • Aydın Məmmədov – IV qrup üzrə 660 bal (8 nömrəli tam orta məktəb);
  • Zəkiyyə Hüseynova – III qrup üzrə 655 bal (4 nömrəli xarici dil təmayüllü məktəb-lisey);
  • Ayxan İsmayılov – IV qrup üzrə 653 bal (27 nömrəli məktəb-lisey);
  • Rasim Əsgərov – III qrup üzrə 650 bal (4 nömrəli xarici dil təmayüllü məktəb-lisey).