11.9 C
Gence
11.9 C
Gence

20 yaşlı gənc zəncirdən moped yığıb

Gəncədə gənc hazırladığı mopedlə diqqəti cəlb edib. Bu haqda Gencexeber.az-a 27 yanvar tarixində məlumat daxil olub.

20 yaşlı Orxan Məmmədzadə uşaq vaxtından müxtəlif əl işlərinə maraq göstərib. Bir il öncə həqiqi hərbi xidmətdən qayıdan Orxan 15 gün ərzində zəncirdən moped hazırlayıb. Gənc ixtira etdiyi motorlu mopedi Bayraq meydanında kirayə verir.

Qeyd edək ki, Orxan Məmmədzadə orta təhsilini şəhər 16 nömrəli məktəbində alıb. O, 9-cu sinfi bitirdikdən sonra orta məktəbdən çıxıb. Ağcəbədi rayonunda hərbi qulluq keçən Orxan Vətən müharibəsində Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. O, “Füzulinin azad olunmasına görə medalı” ilə təltif olunub.

Ən Çox Oxunan