13 C
Gence
13 C
Gence

Əziz Əliyev parkında idman qurğuları yararsız hala düşüb

Daha bir istirahət guşəsində idman qurğuları yararsız hala düşüb. Bu haqda məlumat noyabrın 21-i Gencexeber.az-a daxil olub.

Söhbət Gülüstan qəsəbəsində yerləşən Əziz Əliyev parkından gedir. İstirahət guşəsində illər öncə idman qurğuları quraşdırılmışdı. Hazırda bir çoxu yararsız hala düşüb.

Aidiyyəti qurumun əməkdaşları bir neçə aləti söküb, ərazidən kənarlaşdırıblar. Onların təmir edildikdən sonra yerinə qaytarılacağı haqda məlumat yoxdur.

Ən Çox Oxunan