16.4 C
Gence
16.4 C
Gence

“Zirvə Astara” “Gəncə” BK-nın qonağı olacaq

Gəncə basketbolçuları növbəti rəqiblərini qəbul edəcəklər. Bu haqda 30 mart tarixində basketbol klubuna istinadən məlumat veririk.

Oyun Azərbaycan Basketbol Liqasının XXIII turu çərçivəsində baş tutacaq. “Gəncə” BK doğma meydanda “Zirvə Astara” BK ilə qarşılaşacaq. Matç 2 aprel tarixində 15:00-da Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək.

Görüşü Azərbaycan Basketbol Federasiyasının Youtube kanalında canlı yayımda izləmək mümkün olacaq.

Qeyd edək ki, oyuna giriş ödənişsizdir.

Ən Çox Oxunan