Gəncədə növbəti fləşmob keçirilib. Bu haqda 29 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Tədbir Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə təşkil olunub. Fləşmob İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Kəpəz bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub və Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilib.
Burada 2500 tələbə yer alıb. Fləşmob zamanı gənclər Gəncə şəhərinin Baş meydanında İcra Hakimiyyətinin binasının qarşısında “Zərifə Əliyeva – 100” yazısını nümayiş etdiriblər.