25.8 C
Gence
21.5 C
Ganja

Z.Məmmədov adına xəstəxanada təyinat var

Gəncədə tibb müəssisəsində daha bir təyinat olub. Bu haqda 2 iyun tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.

Təyinat Z.Məmmədov adına xəstəxanada olub. Belə ki, Azelma Bahadur qızı Dadaşova Uşaq Poliklinika Bölməsinin rəhbəri vəzifəsinə təyin olunub. O, bundan öncə Şəhər Birləşmiş Xəstəxanasının Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri vəzifəsini icra edib.

Qeyd edək ki, Azelma Dadaşova ATU-nun pediatriya fakültəsində ali təhsil alıb. Universiteti bitirdikdən sonra 4 saylı uşaq poliklinikasında sahə həkimi, məktəb həkimi kimi fəaliyyət göstərib. 2011-ci ildən Gəncə Şəhər Səhiyyə İdarəsində baş pediatr-baş məsləhətçi vəzifəsində çalışıb.