Gəncədə səhiyyə ocağında daha bir şöbə təmir olunub. Bu haqda 12 iyul tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Söhbət Z.Məmmədov adına xəstəxanadan gedir. Burada 70 çarpayılıq cərrahiyyə şöbəsi və əməliyyat bloku yenidən qurularaq istifadəyə verilib. Əməliyyat zamanı və sonrakı dövrdə fəsadların yaranma ehtimalının qarşısını almaq üçün yüksək səviyyəli nəzarət-keyfiyyət sistemi yaradılaraq buna daim riayət edilir.
Şöbədə 61 tibb personalı fəaliyyət göstərir ki, onlardan da 12-si həkimdir. Şöbə müdiri Bəxtiyar İlqar oğlu Əliyevdir.
Əməliyyat blokunda isə 2 əməliyyatxana və ayıltma otaqları istifadəyə verilib. Şöbə müasir standartlara uyğun cərrahiyyə masaları (uroloji və ümumi cərrahiyyə), liqaşur, anesteziya cihazı ilə təchiz edilib. Eyni zamanda havalandırma sistemi qurulub. Əməliyyat blokunun rəhbəri Şəlalə Nizami qızı Mövlayevadır.