20.8 C
Gence
20.8 C
Gence

Zəfər və Qələbə tarixi üzrə olimpiada qalibləri mükafatlandırılıblar

Gəncədə mükafatlandırma mərasimi keçirilib. Bu haqda 17 may tarixində GDU-ya istinadən məlumat veririk.

Gəncə Dövlət Universitetində (GDU) şəhid Yüksəl Əlizadənin xatirəsinə həsr olunmuş Zəfər və Qələbə tarixi üzrə olimpiada qalibləri ilə görüş baş tutub. Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq  Qasımova, Təcrübə və karyera şöbəsinin müdiri  Cabbar Qarayev, qəhrəman Yüksəl Əlizadənin anası, universitetin “Leksika və Ölkəşünaslıq” kafedrasının  müdiri Sevda Kazımova çıxış edərək  olimpiadanın əhəmiyyətindən danışıblar. Bildirilib ki, bilik yarışının təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsidir.

Daha sonra olimpiadanın nəticələrinə əsasən, qalib şagirdlərin adları açıqlanıb. Beləliklə, 6 nömrəli tam orta məktəbin şagirdi Risalə Rzayeva I, 15 nömrəli məktəbin şagirdi Fidan Babayeva II, 5 nömrəli tam orta məktəbin şagirdi İlkin Vəlizadə isə III yeri tutublar. Onlara fəxri fərmanlar və kuboklar təqdim olunub. Digər yerləri tutan şagirdlərə isə həvəsləndirici  mükafatlar verilib.

Ən Çox Oxunan