5.8 C
Gence
5.8 C
Gence

Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan silsilə tədbirlər keçirilir

Gəncədə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan silsilə tədbirlər davam edir. Bu haqda Gencexeber.az 7 noyabr tarixində Kəpəz.Tv-yə istinadən məlumat verir.

Zəfər Günü münasibətilə birinci və ikinci Qarabağ müharibəsinin idmançı və məşqçi döyüşçüləri ilə görüş keçirilib. Digər yarış Gəncə Olimpiya İdman Kompleksində karate idman növü üzrə olub. Yarışda Gəncə, Qazax, Ağstafa və Bərdə rayonlarının komandalarının ümumilikdə 80-ə yaxın döyüşçüsü mübarizə aparıb.

Zəfərimizə həsr olunan növbəti yarış şahmat və dama üzrə baş tutub. Həm qız, həm də oğlan iti zəka sahiblərinin qatıldığı birincilik 3 yaş qrupunda İsveçrə sistemi üzrə reallaşıb. Şahmat yarışlarında 250-yə yaxın, damada isə 80-dən çox idmançı mübarizə aparıb.

Ən Çox Oxunan