5.8 C
Gence
5.8 C
Gence

Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib

Gəncədə Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib. Bu haqda Gencexeber.az 1 noyabr tarixində Gənclər Evinə istinadən məlumat verir.

“Qələbələr silsiləsi” adlı rəsm müsabiqəsi çərçivəsində 20 rəsm nümayiş edilib. Əsər qələbəmizə və tarixi abidələrimizə həsr olunub. Sərgilərə baxış keçirmək üçün Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər evinin direktoru Amil Qurbanov, Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru Anar Əliyev, Uşaq Gənclər Mərkəzinin direktoru Sevinc Ələkbərova iştirak ediblər.

Tədbir iştirakçılarına sertifikatlar təqdim olunub. Sərgi Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Ən Çox Oxunan