Gəncədə keçiriləcək idman tədbirlərinin cədvəli açıqlanıb. Bu haqda 1 noyabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
Gənclər və İdman Nazirliyi həftənin afişasını elan edib. Onların hər biri Zəfər Gününə həsr olunur. Bu həftə Nizami yurdunda aşağıdakı tədbirlər təşkil ediləcək:
- 2009-2010, 2011-2012, 2013-cü il təvəllüdlü oğlan və qızlar arasında badminton idman növü üzrə şəhər birinciliyi – 4-5 noyabr saat 11:00-da 39 nömrəli tam orta məktəb;
- Universitet və kollec müəllimləri arasında stolüstü tennis üzrə “Zəfər kuboku” turniri – 4 noyabr saat 12:00-da Gənclər Evi;
- Oğlanlar arasında voleybol yarışı – 5 noyabr saat 14:00-da 22 nömrəli tam orta məktəb;
- 2010, 2011, 2012-ci il təvəllüdlü oğlanlar arasında həndbol idman növü üzrə şəhər birinciliyi – 6 noyabr saat 15:00-da Azərbaycan Texnologiya Universiteti.