Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri 4 noyabr tarixində Zəfər Günü münasibəti ilə Gəncəyə səfər ediblər. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.
Qonaqlar erməni terroruna məruz qalmış əraziləri ziyarət ediblər. Burada şəhidlərin məzarları üzərilərinə güllər qoyulub. 12 nömrəli Ərazi Vergilər Baş idarəsində İttifaq üzvü olan Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Onlara hədiyyələr və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən fəxri diplomlar təqdim olunub.
İttifaq üzvü şəhid Abdullayev Elçin Nadir oğlunun ailə üzvləri ziyarət olunub. Onun xatirəsi anılıb və şücaəti haqda danışılıb.
