Gəncəli idmançı ölkəmizi beynəlxalq yarışda təmsil edəcək. Bu haqda 10 may tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
11-14 may tarixlərində Slovakiyada kombat ciu-citsu idman növü üzrə Avropa çempionatı keçiriləcək. Milli komandamız yarışda iştirak etmək üçün yola düşüb.
Burada Nizami yurdunu dünya çempionu Fidan Yusifova milli yığma komandanın tərkibində yeganə qadın idmançı kimi təmsil edəcək.