25.6 C
Gence
20.5 C
Ganja

Yolların əsaslı təmiri ilə bağlı 4 milyonluq tenderin qalibi məlum olub

Gəncədə yolların təmiri ilə bağlı tender yekunlaşıb. Bu haqda 26 sentyabr tarixində Report-a istinadən məlumat veririk.

Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən tender yolların əsaslı təmiri ilə bağlı təşkil edilib. Müsabiqənin qalibi “Gəncə Körpü Tikinti-2” ASC olub. Şirkətə 3,972 milyon manat veriləcək.