5.8 C
Gence
5.8 C
Gence

Yeniyetmə özünü məktəbin yuxarı mərtəbəsindən atıb

Gəncədə şagird özünü məktəbin yuxarı mərtəbəsindən atıb. Bu haqda 7 may tarixində Demokratik.az-a istinadən məlumat veririk.

Hadisə 30 nömrəli tam orta məktəbdə qeydə alınıb. 9-cu sinif şagirdi Rizvan Hüseynov özünü təhsil müəssisəsinin ikinci mərtəbəsindən atıb. O, hər iki ayağının topuq və digər nahiyələrində sınıqlar alıb. Tibbi yardım göstərildikdən sonra şagird evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. Məktəb rəhbərliyi yeniyetmənin pilləkənləri düşərkən ehtiyatsızlıqdan yerə yıxıldığını bildirib.

Ən Çox Oxunan