Gəncədə pəncərədən yıxılan yeniyetmə ölüb. Bu haqda 7 iyun tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin 5-ci mikrorayonunda qeydə alınıb. 12 yaşlı şəhər sakini Ümid Əliyev 5 yaşlı qardaşı ilə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzildə oynayan zaman ehtiyatsızlıqdan pəncərədən yıxılıb. Nəticədə o, döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb.
Yeniyetmə Bakıda xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.