17.5 C
Gence
17.5 C
Gence

Yeni YAP sədri şəhər ictimaiyyətinə təqdim olunub

Gəncə YAP təşkilatı sədrinin təqdimetmə mərasimi keçirilib. Bu haqda 22 may tarixində Gəncə ŞİH-yə istinadən xəbər veririk.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yeni sədri Bayram Aslanov şəhər ictimaiyyətinə təqdim olunub. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.

Təqdimat mərasimində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəhbərinin müavini Əhliman Tağıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, şəhərin idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəhbərinin müavini Əhliman Tağıyev YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovu şəhər ictimaiyyətinə təqdim edib, onun fəaliyyəti haqqında ətraflı məlumat verib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, ona göstərilən böyük etimada görə Partiyanın sədri, Prezident cənab İlham Əliyevə, YAP sədrinin I müavini Mehriban xanım Əliyevaya, YAP Mərkəzi Aparatının rəhbərinə təşəkkürünü bildirib, çətin və məsuliyyətli vəzifəni şərəflə yerinə yetirəcəyinə söz verib.

Ən Çox Oxunan