21 C
Gence
21 C
Gence

Yeni tikilən Futbol Akademiyasının həyətində 100 ağac əkilib

Gəncədə ağacəkmə aksiyası keçirilib. Bu haqda 24 may tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Aksiya Heydər Əliyevin 100 illiyinə həsr edilib. Tədbir Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Kəpəz” Peşəkar Futbol Klubunun və Futbolun İnkişaf Fondunun (FİF) birgə təşəbbüsü ilə baş tutub. Burada Gənclər və İdman Baş İdarəsinin rəisi, “Kəpəz” PFK-nın İdarə heyətinin üzvü Həmid Nəsirov, Milli Məclisin Deputatı Müşfiq Cəfərov, “Kəpəz” PFK-nın İdarə Heyətinin sədri İlqar Nadiri, FİF-nin icraçı direktoru Tural Piriyev və futbol klubunun üzvləri iştirak ediblər.

Ağacəkmə aksiyası çərçivəsində Gəncə şəhər stadionunda yeni tikilən Futbol Akademiyasının həyətində 100 ədəd həmişəyaşıl ağac növləri əkilib, ətraf ərazilər abadlaşdırılıb.

Ən Çox Oxunan