Gəncədə həkimlər üçün seminar təşkil olunub. Bu haqda 14 aprel tarixində Birləşmiş xəstəxanaya istinadən məlumat veririk.
Yeni patronaj modelinin respublika üzrə tətbiqi ilə əlaqədar seminar Birləşmiş Xəstəxananın ilkin səhiyyə xidməti tərəfindən keçirilib. Burada ailə həkimləri-pediatrlar və tibb bacıları iştirak ediblər. Onlara patronaj xidmətinin yeni modelinin əsas prinsipləri və tətbiqi qaydaları haqqında məlumat verilib.
İclasda universal və proqressiv modellərin üstünlükləri müzakirə olunub. Patronaj xidmətinin keyfiyyətinə davamlı nəzarət təmin etmək məqsədilə monitorinqin icra olunacağı qeyd edilib.