20.8 C
Gence
14.5 C
Ganja

Yeni Gəncə qəsəbəsi: yola ağac aşıb

Yeni Gəncə qəsəbəsinin 28 may küçəsində ağac aşaraq yolu kəsib. Hadisə ötən gün, iki sentyabr tarixində güclü küləyin əsməsi nəticəsində baş verib.

Cəlb olunan yaşıllaşdırma idarəsinin əməkdaşları ağacı yoldan götürüblər.

Qeyd edək ki, ötən sutka ərzində günclü külək şəhərin bir neçə yerində fəsadlar törədib. Yeni Gəncə və Sevinc qəsəbələrinin bəzi küçələrində işıq təchizatında problemlər yaşanmışdır.