Gəncədə oğurluq hadisəsi baş verib. Bu haqda 1 noyabr tarixində DİN-ə istinadən məlumat veririk.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsindəki apteklərdən birində qeyd alınıb. Oktyabrın 31-nə keçən gecə buradan 1120 manat dəyərində oğurluq edilib.
Faktla bağlı Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş şəhər sakini Z.Məmmədov şübhəli qismində saxlanılıb.
Araşdırma davam edir.