Gəncədə növbəti müsabiqə baş tutacaq. Bu haqda 16 sentyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
Gəncə şəhəri Nizami və Kəpəz Bələdiyyələri tərəfindən fərdi yaşayış evlərinin tikintisi məqsədilə aşağıda qeyd edilən sahələrə malik torpaqlar satışa çıxarılacaq:
- 195 kvadratmetr;
- 384 kvadratmetr (iki ədəd sahə);
- 400 kvadratmetr;
- 425 kvadratmetr (iki ədəd sahə);
- 456 kvadratmetr;
Müsabiqələr 19 oktyabr saat 15:00-da keçiriləcək. Ərizələr 18 sentyabr – 17 oktyabr tarixlərində qəbul edilir.
Ətraflı məlumatı link-ə keçid edərək əldə etmək olar.