13.6 C
Gence
13.6 C
Gence

Yaz güllərinin qablaşdırma prosesi aparılır

Gəncədə ən böyük istixanalardan birində yaz güllərinin qablaşdırma prosesi aparılır. Bu haqda Gencexeber.az 15 noyabr tarixində Gəncə MKTİB-yə istinadən məlumat verir.

Kommunal Təsərrüfatı İB-nin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsi 10 sot ərazidə yerləşən istixanada 60 min gül şitili qablaşdırır. Bu proses təxminən 1 həftə davam edəcək. Qablaşdırılan güllərin 50 mini primula, qalanları isə viola və arenariadır.

Qış mövsümünü xüsusi aqrotexniki qulluq göstərilməklə istixanda keçirəcək güllər fevral ayının axırı, mart ayının əvvəlindən etibarən şəhərimizin müxtəlif ərazilərinə əkiləcək.

Ən Çox Oxunan