Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 10 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Hadisə beşmərtəbəli yataqxananın 2-ci mərtəbəsində qeydə alınıb. Mətbəxdə yerləşən dolab yanıb. Yüksək temperaturdan 4 kvadratmetr sahədə tavan qarsalanıb. Mətbəxin qalan hissəsi alovdan mühafizə olunub.
Yanğın vaxtı FHN əməkdaşları bir nəfər sakini təxliyə ediblər.