13.6 C
Gence
13.6 C
Gence

YAP-nin ildönümü ilə əlaqədar aksiya baş tutub

Gəncədə ağacəkmə aksiyası keçirilib. Bu haqda 11 noyabr tarixində Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatına istinadən məlumat veririk.

Aksiya təşkilatın 30-cu ildönümü ilə bağlı təşkil olunub. Tədbirdə təşkilatın partiya fəalları və gənclər iştirak ediblər. Aksiya çərçivəsində 600 ədəd sərv və tuya ağacı əkilib. Partiya fəalları, həmçinin təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

 

Ən Çox Oxunan