Gəncədə açılış mərasimi keçirilib. Bu haqda 11 may tarixində YAP Gəncə şəhər təşkilatına istinadən məlumat veririk.
YAP Gəncə şəhər təşkilatında ulu öndərimiz Heydər Əliyevin büstünün açılışı olub. Mərasimdə icra başçısı Niyazi Bayramov, millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov, şəhər ağsaqqalları, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının kollektivi, Vətən müharibəsi qaziləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Niyazi Bayramov, Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimovun çıxışları baş tutub. Açılış mərasimində partiya sıralarına yeni qəbul olunmuş bir qrup 44 günlük Vətən müharibəsi qazisinə partiya vəsiqəsi təqdim olunub.