15.3 C
Gence
15.3 C
Gence

YAP Gəncə şəhər təşkilatına yeni sədr təyin edilib

Gəncədə yeni təyinat olunub. Bu haqda 17 may tarixində Report-a istinadən məlumat veririk.

Bayram Mirazim oğlu Aslanov Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri vəzifəsini icra edəcək. O, YAP İdarə Heyətinin iclasında çıxış edərək təşəkkürünü bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını vurğulayıb.

Qeyd edək ki, daha əvvəl YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov olub. O, bu ilin mart ayında səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Ən Çox Oxunan