10.3 C
Gence
10.3 C
Gence

YAP Gəncə şəhər təşkilatının yaradılmasının ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yaradılmasının 29-cu ildönümü qeyd olunub. Bu haqda 30 iyul tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Tədbirdə icra başçısı Niyazi Bayramov, birinci müavini Səməd Tomuyev və Aparatın əməkdaşları, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, partiyanın veteran üzvləri və fəalları iştirak ediblər. Şəhər rəhbərliyi çıxışında təşkilatın üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Ramil Orucov partiyanın bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak etdiyini dilə gətirib. O bildirib ki, YAP Gəncə şəhər təşkilatı 191 ərazi ilk partiya təşkilatında 44.191 nəfər partiya üzvünü birləşdirir.

Sonda təşkilatın bir qrup əməkdaşı və fəalları icra başçısı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.

Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto

Ən Çox Oxunan