Gəncədə yük və sərnişin daşımalarının sayı bəlli olub. Bu haqda 20 may tarixində Fed.az-a istinadən məlumat veririk.
İlkin məlumatlara əsasən, nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən cari ilin yanvar-mart aylarında 20,9 milyon nəfər sərnişin, avtomobil nəqliyyatı sahəsində isə 1,2 milyon ton yük daşınıb. 2022-ci ilin yanvar-mart aylarına nisbətən sərnişin daşınması 25,6 faiz, yük daşınması isə 8,1 faiz artıb.
Bundan başqa, informasiya və rabitə müəssisələri tərəfindən bu ilin yanvar-mart aylarında 1,8 milyon manatlıq xidmət göstərilib. Onların 96,2 faizi əhali tərəfindən istehlak olunub.