Gəncədə istehsal olunan yük maşınlarının sayı açıqlanıb. Bu haqda 20 may tarixində Fed.az-a istinadən məlumat veririk.
Statistika İdarəsi şəhərdəki sənaye istehsalının vəziyyəti ilə bağlı arayış paylaşıb. Məlumata əsasən, 2023-cü il yanvar-mart aylarında Gəncə Avtomobil Zavodunda 145 ədəd “MAZ” yük avtomobili istehsal edilib.
Bundan başqa, yanvar-mart aylarında şəhərdə 228 ədəd traktor da buraxılıb.