24.7 C
Gence
24.7 C
Gence

Yaşlı kişi pulu olmadığından 20 gündür ki, xəstəxanada ac buraxılıb – İDDİA

Yaşlı kişi pulu olmadığı üçün xəstəxanada laqeyd münasibətlə qarşılaşıb. Bu haqda məlumatı sentyabrın 22-si Oxu.az-a istinadən veririk.

Yaşlı kişiyə qarşı bu cür münasibətin Abbas Səhhət adına xəstəxanada göstərildiyi iddia olunur.

Bildirilib ki, həmin yaşlı kişinin ayağı sınıb. Bir həftəyə yaxın müddətdir ki, xəstəxananın ikinci mərtəbəsindəki palatada yatır. Ağrıdan qıvrılır, qışqırır, lakin heç kim ona yaxın durmur. Pulu olmadığına görə həkimlər kişiyə baxmır.

“Öldürməyin insanı, Allahdan qorxunuz olsun. Nə deyirəm, vurun, ağrıkəsici vurun. 20 gün çörək yeməmək nə deməkdir? Başım gicəllənir” – deyə videogörüntüdə kişi deyir.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb. Cavab olaraq TƏBİB-in əməkdaşı Kənan Kərimov bildirib ki, sözügedən hadisə qurum tərəfindən nəzarətə götürülüb və ictimaiyyətə əlavə məlumat veriləcək.

Ən Çox Oxunan