24.7 C
Gence
24.7 C
Gence

Yüz yaşlı gəncəli tarzən dünyasını dəyişib

Gəncəli əməkdar artist 9 noyabr tarixində dünyasını dəyişib. Bu haqda Gencexeber.az APA-ya istinadən məlumat verir.

Tanınmış tarzən Firudin Ələkbərov bu gecə 100 yaşında ürək çatışmazlığından vəfat edib.

Firudin məşədi Yusif oglu Ələkbərov 20 iyun 1921-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Gəncə və Bakıda Musiqi Texnikumunu bitirmişdir. Əmək fəaliyyətinə Gəncə Dövlət Filarmoniyasında başlamışdır. Mədəniyyət Nazirliyinin xətti ilə 1981-91-ci illər arasında Azərbaycanın bütün rayonlarında “Muğamın təhlili və təbliği” adlı proqramla mindən artıq konsert vermişdir.

1941-45-ci illərdə “Əməkdə fərqlənməyə görə”, 1986-cı ildə “Əmək veteranı” medallarına (SSRİ), 1989-cu ildə Əməkdar artist fəxri adına, 2002-ci ildə Prezident təqaüdü, 2005-ci ildəsə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülmüşdür.

Ən Çox Oxunan