Gəncə Gənclər Evində “Şəxsiyyət pozuntuları” adlı kurs start alır. Bu haqda Gencexeber.az 24 oktyabr tarixində Gənclər Evinə istinadən məlumat verir.
Təlimlər Psixologiya kursunun rəhbəri Selcan Hüseynova tərəfindən aparılacaq. Kurs 4 həftə ərzində davam edəcək. İlk dərs günü 26 oktyabr saat 11:00-da başlayacaq. Qeydiyyat üçün linkə daxil olun.
Gəncə Gənclər Evinin əlaqə nömrəsi: (022) 264-01-53;
Ünvan: 28 May küçəsi, 34 (Heydər Əliyev Parkı).