Gəncədə bir nəfər köməksiz qalıb. Bu haqda 11 noyabr tarixində FHN-ə istinadən məlumat veririk.
Bir nəfər uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətə düşüb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət daxil olub.
Hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb edilib. Müvafiq tədbirlər nəticəsində mənzilin qapısı açılıb və uşaq xilas olunub.