13 C
Gence
8.5 C
Ganja

Xarici universitetlərlə görüş baş tutub

Gəncədə dünyanın nüfuzlu universitetləri ilə görüş təşkil olunub. Bu haqda 19 aprel tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

Onlayn formatda baş tutan görüş CASCADE, Çinin Nankin Kənd Təsərrüfatı Universiteti (Nanjin Agricultural University) və ABŞ-ın Miçiqan Dövlət Universiteti (Michigan State University) arasında Asia HUB birgə tədbirlərinin yaradılmasına dair imzalanmış Anlaşma Memorandumuna əsasən keçirilib.

Tədbirin məqsədi Asiyada iqlim dəyişikliyi, qlobal pandemiyalar qarşısında su-enerji-qida sistemlərində yaranan problemlərin həlli, qlobal tədqiqat imkanlarının öyrənilməsi, tədrisin problemsiz şəkildə kurrikuluma inteqrasiya olunması, Asiya universitetlərində beynəlxalq sertifikatlaşdırma və kreditləşdirmə modelinin prototipinin hazırlanması üçün beynəlxalq tərəfdaşlığın və bilik mübadiləsinin təşviqi olub. Burada ADAU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova çıxış edib. O, universitetdə həyata keçirilən beynəlxalq layihələr, ikili diplom proqramları və universitetin beynəlxalq əməkdaşlıqları haqda məlumat verib.

Ən Çox Oxunan