19.1 C
Gence
19.1 C
Gence

Xarici məhsullar satılan mağazalarda nöqsanlar üzə çıxıb

Gəncədə Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi monitorinqlər nəticəsində 3 obyektdə nöqsanlar aşkar edilib. Bu haqda 28 mart tarixində AQTA-ya istinadən xəbər veririk.

Yoxlama nəticəsində qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı faktları aşkar edilmiş müəssisələr aşağıdakılardır:

  • “İran Məhsulları” mağazası – Təbriz küçəsi;
  • “İran Məhsulları” mağazası – DOS-102 küçəsi;
  • “Şəhanə” alman və cənub məhsulları mağazası – Təbriz küçəsi.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan