23 C
Gence
23 C
Gence

Xarici gənclər Gəncəyə səfər ediblər

Xarici ölkələrdən bir qrup gənc 17 dekabr tarixində Gəncəyə səfər ediblər. Bu haqda Kəpəz televiziyasına istinadən məlumat veririk.

Səfər “Diaspor gəncləri 1+1” layihəsi çərçivəsində baş tutub. Proqrama müxtəlif ölkələrdən 9 gənc və xaricdə yaşayan 9 azərbaycanlı qatılıb. Onlar Gəncədə erməni terroruna məruz qalmış əraziləri ziyarət ediblər. İştirakçıların xarici ölkələrdə geniş auditoriyaları var. Onlar burada gördüklərini öz Vətənlərində danışacaqlarını bildiriblər.

Gənclər Gəncədə dini, tarixi abidələri də ziyarət ediblər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən foto
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan