22.5 C
Gence
22.5 C
Gence

Xarici fotoqraflar Gəncəyə səfər ediblər

Xarici fotoqraflar Gəncədə erməni terroruna məruz qalmış ərazi ilə tanış olublar. Bu haqda 26 yanvar tarixində Report-a istinadən məlumat veririk.

Qonaqlar Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Vətən müharibəsi fotoqrafların gözü ilə” layihəsi çərçivəsində səfər ediblər. Onlara Ermənistanın hərbi cinayətləri haqda məlumat verilib. Terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri düzülüb, şəhid olan dinc sakinlərin xatirəsi ehtiramla yad edilib.

Ziyarətdə xaricilərlə yanaşı yerli fotoqraflar da olub.

Ukraynalı Sergey Kiork Azərtac-a müsahibəsində bildirib ki, burada çəkdiyi şəkillərlə erməni terrorunu informasiya portallarında işıqlandıracaq. “Gəncədə gördüklərimiz bizə çox pis təsir etdi, dəhşətə gəldik”, – deyə o qeyd edib.

Ən Çox Oxunan