Xarici dövlətlərdə qeydiyyatda olan iritonnajlı yük maşınları Gəncəyə ödənişsiz daxil olacaq. Bu haqda 25 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baş tutan iclasda müzakirəyə çıxarılan Gömrük Məcəlləsində dəyişiklik olub. Belə ki, gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi vəzifəsi ləğv olunub.
Bundan əlavə, blankların verilməsinə görə dövlət rüsumu da ləğv olunub. Gəncədə bu rüsum hər bir icazə üçün 25 ABŞ dollar təşkil edirdi.