11.9 C
Gence
11.9 C
Gence

Xalq artisti Fikrət Verdiyevin xatirəsinə həsr olunan tədbir keçirilib

Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Fikrət Verdiyevin xatirəsinə həsr olunan tədbir keçirilib. Bu haqda 30 yanvar tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Fikrət Verdiyevin həyat yoldaşı Bəyimxanım Verdiyeva, ailə üzvləri iştirak ediblər. Çıxış edən qonaqlar Fikrət Verdiyevin həyat və yaradıcılığından söz açıblar. Tədbirdə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı tərəfindən əsərlər ifa edilib.

Qeyd edək ki, Fikrət Süleyman oğlu Verdiyev 2 sentyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 22 dekabr 2022-ci ildə Xalq artisti dünyasını dəyişib.

 

Ən Çox Oxunan