Gəncədə xüsusi və inklüziv siniflərdə monitorinqlər aparılıb. Bu haqda 25 yanvar tarixində Regional Təhsil idarəsinə istinadən məlumat veririk.
Yoxlamalar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən keçirilib. Məqsəd sağlamlıq imkanları məhdud şagirdlərin təhsili üçün ayrılmış əyani vəsaitlərlə yerində tanış olmaq, təlim-tədris prosesinin vəziyyətini yoxlamaq və həmin şagirdlərlə tədris aparan müəllimlərə lazımi tapşırıq və tövsiyələrin verilməsi olub.