Gəncədə xəstəxanalardan birinə yeni cihaz gətirilib. Bu haqda 18 aprel tarixində Birləşmiş xəstəxanaya istinadən məlumat veririk.
Söhbət Z.Məmmədov adına xəstəxanadan gedir. Tibb müəssisəsində son nəsil “Siemens” markalı kompüter tomoqrafiyası (KT) cihazı quraşdırılıb və istifadəyə verilib. Aparat 7/24 vətəndaşlara xidmət göstərəcək. Nəticələrə həkim Əli Dadaşov rəy verir.
Qeyd edək ki, KT – daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur.
Tibbi göstəriş əsasında KT müayinəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz qarşılanır.