Gəncədə xəstəxanalardan birinə yeni cihaz gətirilib. Bu haqda 4 aprel tarixində Birləşmiş xəstəxanaya istinadən məlumat veririk.
Söhbət Z.Məmmədov adına xəstəxanadan gedir. Radiologiya şöbəsində Maqnit Rezonans Tomoqrafiya (MRT) cihazı quraşdırılıb və istifadəyə verilib. Aparat 7/24 vətəndaşlara xidmət göstərəcək. Nəticələrə həkim Əli Dadaşov rəy verir.
Qeyd edək ki, tibbi göstəriş əsasında MRT müayinəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz həyata keçirilir.