24.7 C
Gence
24.7 C
Gence

Xəstəxanada yaşlı kişinin ac qalması ilə bağlı TƏBİB-dən açıqlama verilib

Xəstəxanada baş verən hadisə ilə bağlı açıqlama verilib. Bu haqda məlumatı sentyabrın 22-si Oxu.az-a istinadən veririk.

Abbas Səhhət adına xəstəxanada yatan kişiyə baxılmadığı iddia edilən hadisə ilə bağlı aparılan araşdırma yekunlaşıb. TƏBİB-dən bildirilib ki, görüntülərdəki 62 yaşlı vətəndaş sentyabrın 19-u saat 21:00 radələrində sağ bud sümüyünün sınığı diaqnozu ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib.

“Həkimlər tərəfindən vətəndaşa zəruri ilkin tibbi yardımlar göstərilib və palataya yerləşdirilib. Eyni zamanda onun yanaşı xəstəlikləri ilə bağlı müvafiq müayinələr həyata keçirilib və müalicəsinə başlanılıb. Vətəndaş xəstəxanaya daxil olduğu gündən etibarən onun müalicəsi həkim təyinatına uyğun olaraq aparılır”, – deyə TƏBİB-dən bildirilib.

Həmçinin qeyd olunub ki, yaşlı kişi xəstəxanaya daxil olduğu gündən etibarən gündəlik qidalanma ilə də təmin olunur.

Ən Çox Oxunan