Gəncədə keçiriləcək qəbul imtahanının vaxtında dəyişiklik olub. Bu haqda 28 mart tarixində Apa-ya istinadən məlumat veririk.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2 və 3 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar qeydiyyatdan keçmiş əvvəlki illərin məzunlarının sayının az olması ilə əlaqədar yalnız aprelin 3-də təşkil olunacaq.
Xatırladaq ki, bir müddət öncə 9-cu siniflərin buraxılış imtahanı haqda məlumat vermişdik.