21.4 C
Gence
20.5 C
Ganja

“Vnukovo” aeroportundan Gəncəyə ilk uçuş həyata keçirilib

Moskvanın daha bir hava limanından Gəncəyə uçuşlar yerinə yetirilir. Bu haqda məlumatı avqustun 3-ü Report-a istinadən veririk.

“Vnukovo” aeroportundan Gəncə Beynəlxalq Hava Limanına bu gün ilk uçuş baş tutub. Saat 13:10-da eniş edən Rusiya şirkətlərindən birinə məxsus sərnişin təyyarəsi saat 18:20-də əks istiqamətdə yola düşəcək.

Qeyd edək ki, “Vnukovo” aeroportu Moskva şəhərinin üçüncü ən böyük hava limanıdır.