17.5 C
Gence
17.5 C
Gence

Vidadi Verdiyev adlı dəmirçi Ərdoğan üçün qılınc düzəldib

Gəncədə dəmirçi “Zəfər” adlandırdığı qılınc hazırlayıb. Bu haqda 15 may tarixində Baku TV-yə istinadən məlumat veririk.

Vidadi Verdiyev adlı şəhər sakini 8 aya ərsəyə gətirdiyi qılınca “Zəfər” adını verib. O, əl işini ikinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün hazırladığını deyib.

“Məndə hissiyyat yarandı ki, bir qılınc düzəldim. Çünki adətən türklər zəfər vaxtı sərkərdələrə qılınc və yaxud at hədiyyə edərdilər. Mənim də əlimdən gələ bilən iş idi. Bu hissiyatıma görə başladım qılıncı düzəltməyə”, – deyə o bildirib.

Qılıncın hazırlanmasında usta Rusiyadan gətirdiyi xüsusi poladdan istifadə edib.

“Qılıncın üzərində Qarabağın hər bir bölgəsindən, müəyyən yerlərindən abidələr həkk etmişəm. Xarıbülbüldür, Şuşa qalasıdır, qılıncın digər tərəfində də Ağdam məscididir. Təbii daşlarla içərisinin naxışını dolduraraq belə bir qılınc düzəltmişəm. Üzərində misdən, latundan bəzəklər işləmişəm, oyma işləri görmüşəm, polad metaldandır”.

Qeyd edək ki, sözügedən “Zəfər” qılıncı 12 may tarixində Türkiyə liderinə təqdim edilib.

Ən Çox Oxunan