Gəncədə psixoloqların işə qəbulu müsabiqəsi başa çatıb. Bu haqda 4 may tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan psixoloq vəzifəsi üçün test və müsahibə mərhələsi keçirilib. Yekunda uğur qazanan 9 namizəd müvafiq ümumtəhsil məktəblərinə təyinat alıb.
Müsabiqənin test imtahanı mərhələsində 99 nəfər namizəd iştirak edib, onlardan 25-i müsahibədə iştirak hüququ qazanıblar, 18-i müsahibə mərhələsindən keçib və 9-u təyinat alıb.