23 C
Gence
18.5 C
Ganja

Vətənimizin maraqlarını dəstəkləyənlərin sayı 50.000 nəfəri ötdü

Gəncə sakininin təşəbbüsü ilə başladılan petisiyanı 50.000 nəfər imzalayıb.

Bildiyiniz kimi, Fransa Senatının altı üzvü tərəfindən baxılması noyabrın 15-nə planlaşdırılan qətnamə layihəsi irəli sürülüb. Bu sənəddə ölkəmizə qarşı ittihamlar, Fransa hökumətinə və digər Avropa ölkələrinə “Azərbaycandan qaz və neft idxalına embarqo” qoyulmasına dair çağırışlar əks olunub.

Cavab olaraq, sıravi 10 Azərbaycan vətəndaşı həmin sənədə qarşı hazırladıqları petisiyanı Fransanın Mesopinions.com petisiya saytında yerləşdirib.

Onlarla tanınmış şəxslər petisiyanı sosial şəbəkələrdə paylaşıblar. Sevindirici hal budur ki, Türkiyə, İsrail və İranda fəaliyyət göstərən kütləvi informasiya vasitələri petisiyanın yayılmasına öz töhfələrini veriblər. Bununla da petisiya artıq 50.000 səs toplayıb.

Ermənipərəst qüvvələrin ölkəmizə qarşı yağdırdıqları ittihamlara xarici ölkələrdə yaşayan həmvətənlərimiz də biganə qalmayıblar. Onlar Bakı, Moskva və Astanada yerləşən Fransa səfirliklərinin önündə aksiyalar keçiriblər.

Bir müddət öncə xalqımızın səsini dünya miqyasında eşitdirmək üçün başladılan petisiyanın təşəbbüskarı olan Kubra Ələkbərovadan müsahibə götürülmüşdür. Xanımın bu haqda dediklərini linkdən keçid edərək dinləyə bilərsiniz.

Hər kəsi həmrəy olmağa dəvət edirik. Petisiyanın daha çox insan tərəfindən görülməsi və imzalanması üçün dəstək göstərək və paylaşaq.

PETİSİYANIN AZƏRBAYCAN DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN RUS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN TÜRK DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN FARS DİLİNDƏ İMZALANMA QAYDASI

Səsimizi Avropada eşitdirmək üçün daha çox dəstəyə ehtiyacımız var. Biz birlikdə güclüyük! Öz səsinlə Azərbaycanı qoru!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq