Gəncədə silah təhvil verilib. Bu haqda 2 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Bir müddət öncə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev odlu silahlar və partlayıcıların könüllü təhvil verilməsi ilə bağlı çağırış edib.
Profilaktiki tədbirlərin nəticəsi olaraq, Şəhər Baş Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarına silah təhvil verilib. Vətəndaşlardan biri 1 ədəd qundağı və lüləsi kəsilmiş “TOZ-8” markalı tüfəngi polis əməkdaşlarına təqdim edib.